Ərdoğanın dəvətinə Azərbaycan ziyalılarından reaksiyabackend

Ərdoğanın dəvətinə Azərbaycan ziyalılarından reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarixçi Kərəm Məmmədov bu dəvəti “olduqca absurd” adlandıraraq Ermənistan prezidentinin həmin gün Türkiyəyə səfər etməsinin inandırıcı olmadığını deyib: “Ermənistan 24 apreldə qondarma soyqırımın 100 illiyini qeyd edəcək, prezidentin həmin gün Türkiyəyə səfər etməsi inandırıcı deyil. Bu dəvət diplomatik jest olsa belə, bu jesti uğurlu hesab etmək olmaz. Dəvət Çanaqqalada ermənilərin də döyüşməsi ilə əlaqələndirilir. Təbii ki, döyüşməli idilər. Onlar da Osmanılı təəbəsi idilər. Hətta türklərdən daha çox hüquqa malik olmuşdular. Döyüşənlərdən biri də sonra xəyanət edən Andronik olmuşdu. İkinci dünya müharibəsində çeçenləri, Krım tatarlarını sürgün etdilər, nə qədər insan tələf oldu, amma bunu heç kəs soyqırım adlandırmadı. Ermənilərin təəbəsi olduqları ölkədə bir ərazidən digərinə köçürülməsi isə soyqırım adlandırıldı. Hamıya bəllidir ki, bu, cəbhə xəttində erməni xəyanətinin qarşısını almaq məqsədi daşıyırdı. Xatırladım ki, Ərdoğan çıxışlarının birində Çaldıranda qalib gələn müzəffər ordunun nəvələri olması ilə fəxr etdiyini demişdi. Ona görə də prezidentin bu addımı məndə təəccüb hissi doğurmur”.

Ərdoğanın dəvətinə Azərbaycan ziyalılarından reaksiya

Millət vəkili Fəzail İbrahimli isə məsələyə fərqli prizmadan yanaşır. Çanaqqala savaşının türklərin şərəf və ləyaqət döyüşü olduğunu deyən millət vəkilinin sözlərinə görə, mərasimin məhz 24 aprelə təsadüf etməsi beynəlxalq aləmə mesajdır: “Hamıya məlumdur ki, Çanaqqala savaşı həmin tarixdən daha əvvəl olub. Mərasim isə məhz 24 apreldə, ermənilərin qondarma soyqırımı qeyd etdikləri gündə təşkil ediləcək. Bir tərəfdə qalib Türkiyə, bir tərəfdə isə məğlub ermənilər”.

Ərdoğanın Sarkisyanı da həmin mərasimə dəvət etməsinin sadəcə diplomatik jest olduğunu deyən millət vəkili həmin gün Ermənistanda da “soyqırımı” anma mərasiminin keçiriləcəyini bildirib: “Çanaqqala savaşının 100 illiyi münasibətilə mərasimin məhz 24 aprelə təyin edilməsi böyük düşüncənin məhsuludur. Bir tərəfdə real tarix, bir tərəfdə isə uydurulmuş tarix. Uydurulmuş tarix məğlub olacaq”.

Elnarə
İnterpress.az