Yaxın Şərqin turizm nümayəndələri Azərbaycana səfər edəcəkbackend

Yaxın Şərqin turizm nümayəndələri Azərbaycana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, məqsəd Azərbaycanın Yaxın Şərq regionunda turizm potensialının tanıdılması və qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsidir.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutacaq tanışlıq səfəri çərçivəsində Səudiyyə Ərəbistandan ümumilikdə 10, BƏƏ-dən 14 xarici şirkət iştirak edəcək. Səfərlər zamanı yerli turizm şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə tanışlıq görüşü təşkil olunacaq.
Tədbirlərdə Azərbaycanın turizm potensialı haqqında geniş təqdimatlar keçiriləcək.

Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Səudiyyə Ərəbistanın Ər-Riyad, BƏƏ-nin Dubay şəhərlərində Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

İnterPress.az