MSK Ərdoğanın tələbini qəbul etmədibackend

MSK Ərdoğanın tələbini qəbul etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ntv.com.tr portalının məlumatına görə, MSK hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bütün səslərin yenidən hesablanması tələbini qəbul etməyib.

Bununla bağlı məlumat verən AKP-nin MSK üzrə nümayəndəsi Rəcəb Özəl bildirib ki, qərara əsasən, İstanbuldakı 32 rayondan 21-dəki seçki məntəqələrində olan 51 qutudakı səslər yenidən hesablanacaq.

O bildirib ki, hazırda səs fərqi 14 min 604-dür.

Qeyd edilib ki, ümumilikdə, 51 qutuda 17-18 min səs var.

Xatırladaq ki, martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində yayılan məlumatlara görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.

AKP nəticələrdən şikayət edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı seçkinin saxtalaşdırıldığını açıqlayıb.

İnterPress.az