“IrAero” Çelyabinsk-Bakı aviareysi üzrə uçuşlara başlayıbbackend

“IrAero” Çelyabinsk-Bakı aviareysi üzrə uçuşlara başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın aviaşirkətə istinadən verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlar hər həftənin II günü “Sukhoi Superjet 100” avialayneri ilə yerinə yetirilir. Bakıdan Çelyabinskə təyyarə saat 13:00-da, əks istiqamətdə isə yerli vaxtla saat 19:00-da havaya qalxır. Uçuşun ümumi vaxtı 3 saat təşkil edir.

İyunun 20-dən etibarən sözügedən aviareys üzrə uçuşlar həftənin IV günləri həyata keçiriləcək.

Qeyd edək ki, Çelyabinsk-Bakı-Çelyabinsk aviareysi üzrə biletin minimal qiyməti 10 min rubl (264 manat) təşkil edir.

İnterPress.az