Hesablama Palatasının illik hesabatı qəbul edilibbackend

Hesablama Palatasının illik hesabatı qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. O deyib ki, indiyə qədər Hesablama Palatası Milli Məclisdə hesabat verib, bu il isə parlamentin komitəsində hesabatının müzakirəyə çıxarılması əlamətdar haldır.

V. Gülməmmədov Hesablama Palatası 2018-ci ildə 58 nəzarət tədbiri barədə qərar qəbul edib, bunların 5-i analitik təhlil, 53-ü audit formasında həyata keçirilib. Audit yoxlamaları 9,3 milyard manat vəsaiti əhatə edib. Auditlərin 38-i Bakıda, 2-i xarici ölkələrdə yerləşən səfirliklərdə, digərləri regionlarda aparılıb. Auditlər zamanı 714 halda nöqsan aşkarlanıb. Bunların içərçisində büdcə qanunvericilyiinin pozulması, mhasibat və dövlət satınalmaları ilə bağlı nöqsanlar daha çox olub. O cümlədən sosial müdafiə sahəsində də nöqsanlar aşkarlanıb.
V. Gülməmədov nəzərə çatdırıb ki, son 5 ildə audit yoxlamaları nəticəsində 69,5 milyon manat vəsait dövlət büdcəsinə, 2,2 təşkilatlara, 2,6 milyon manat Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə bərpa edilib. Ümumilikdə isə son 5 ildə ərzində 72,1 milyon manat vəsaitin bərpsı təmin edilib. Bu müddət ərzində Hesablama Palatası Nazirlər Kabinetinə 21 təklif təqdim edib, bu təkliflərdən 13-ü qəbul edilərək müvafiq aktlarda dəyişikliklər edilib, 4 təklif məqbul sayılmayıb, 4 təklifə münasibət bildirilməyib. 2018-ci ildə Hesablama Palatası Nazirlər Kabinetinə 6 yeni təklif təqdim edib.

V. Gülməmmədov deyib ki, hesabat ilində 8 nəzarət tədbirinin nəticələri barədə məlumatlar prokurorluq orqanlarına, 1 nəzarət tədbiri barədə məlumat isə Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib.

Hesablama Palatasının illik hesabatı müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub

İnterPress.az