Argentina millisinin məşqçisini maşın vurubbackend

Argentina millisinin məşqçisini maşın vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hadisə 40 yaşlı mütəxəssis velosiped sürərkən baş verib.

Argentinalı dərhal İspaniyanın Malyorka şəhərindəki xəstəxanaya çatdırılıb. İlkin müayinədən sonra L.Skaloninin ciddi xəsarət almadığı aşkarlanıb və məşqçi ambulator müayinəyə buraxılıb.
Qeyd edək ki, argentinalı futbolçu ikən Argentinada “Nyuels Old Boyz”, “Estudiantes”, İngiltərədə “Vest Hem”, İtaliyada “Latsio” və “Atalanta”, İspaniyada “Deportivo”, “Rasinq”, “Malyorka” klublarında çıxış edib. Millidə 7 oyun keçirən L.Skaloni DÇ-2006-da da iştirak edib. Sonradan İspaniyada “Sevilya”nın məşqçilər korpusunda yer alan argentinalı 2017-ci ildən yığmada çalışır.(ona)

İnterPress.az