AÇ-2019: Azərbaycanın daha 3 güləşçisi yarımfinala yüksəlibbackend

AÇ-2019: Azərbaycanın daha 3 güləşçisi yarımfinala yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən pəhləvanlar qüvvəsini sınayır.

Əhmədnəbi Qvarzatilov (61 kq) zədələndiyi üçün son anda heyətə cəlb edilən Əsgər Məmmədəliyev debütdə Rumıniyadan olan həmkarına müqavimət göstərə bilməyib.

Ötən il gənclər arasında dünya çempionu olan Hacımurad Hacıyev (64 kq) ardıcıl Moldova və Rumıniya təmsilçilərinə çox rahat qalib gələrək, yarımfinala adlayıb.
Murad Süleymanov (86 kq) isə müvafiq olaraq, Macarıstan, Almaniya və İspaniya yığmasının üzvlərinə gücünü göstərib və yarımfinala vəsiqə qazanıb.

Mübarizəyə 1/4 finaldan başlayan Şərif Şərifov (92 kq) Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib.

Seyid Məhəmmədrza Azərşakib (125 kq) isə ilk mərhələdə kosovolu güləşçiyə məğlub olub.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

İnterPress.az