Yeni televiziya kanalı ilə bağlı MTRŞ-ya müraciətlərin sayı açıqlanıbbackend

Yeni televiziya kanalı ilə bağlı MTRŞ-ya müraciətlərin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyevin ONA-ya verdiyi məlumata görə, indiyə kimi “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan MMC” və “RTV MMC” sənədlərini Şuraya təqdim edib.

O xatırladıb ki, müsabiqəyə sənəd qəbulu aprelin 11-i, saat 18:00-da başa çatacaq.
Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqə elan edib. Müsabiqə üçün tələb оlunan sənədlər 11 martdan 11 aprelədək MTRŞ-nın inzibati binasında (Ünvan: Bakı şəhəri, Nizami küç., 145) saat 10:00-dan 18:00-dək qəbul еdilir.

İnterPress.az