Komitə rəhbərindən xahiş olunan məsələ öz həllini tapıbbackend

Komitə rəhbərindən xahiş olunan məsələ öz həllini tapıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qabal kəndinin sakinləri ilə görüşü zamanı sakinlər tərəfindən qaldırlan problem öz həllini tapıb.

Görüşdə sakinlər komitə rəhbəri Fuad Muradovdan xahiş edərək bildiriblər ki, din xadimi Əbülfət Adnayev Qabal kəndində qurban kəsdikdən sonra qurban kəsdiyi bıçaqları öz avtomobilinə qoyub və Azərbaycan Respublikasına keçib. Daha sonra geri dönmək istəyən Ə. Adnayev sınıq körpü gömrük postunda avtomobilinə baxış zamanı onun avtomobilindən sözü gedən bıçaq çıxıb elə bu səbəbdən onun sərhəddi keçməsi üçün qadağa qoyulub. Adnayev 10 gündən artıq müddət ərzində Azərbaycan tərəfində qalmaq məcburiyyətində olub.

Sakinlər tərəfindən qaldırılan məsələ isə artıq iki gün öncə öz həllini tapıb. Əbülfət Adnayev Gürcüstana buraxılıb və onun barəsində olan qadağa aradan qaldırılıb.(24News.ge)

İnterPress.az