Qadınlar niyə alim olmur?backend

Qadınlar niyə alim olmur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərif cinsin nümayəndələrində bu xüsusiyyətin olmaması onların fəaliyyətinə də təsir göstərir. İnterpress.az xəbər verir ki, amerikalı sosioloqlar apardıqları monitorinqlərin nəticəsində bu qərara gəliblər. Monitorinq nəticələri “Science” jurnalında yer alıb.

İllionis Universitetindən psixoloq Andrey Çimpian və həmkarları 1800 aspirant və professor arasında sorğu keçiriblər.

Respondentlərin cavablarından məlum olub ki, qadınlar dahilik kultunun hakim olduğu fizika, fəlsəfə kimi elmlərdə çox az təmsil olunurlar.
“Biz demirik ki, dahilik pisdir. Onu da demirik ki, qadınlar bundan məhrumdurlar. Bizim məlumatlar bu məsələləri əhatə etmir. Siz tələbələrinizə deyəndə ki, uğurlu elmi disiplininiz üçün xüsusi istedad lazımdır, bu oğlanlara və qızlara müxtəlif cür təsir edir”,- deyə Çimpian deyib.

İnterpress.az