Azərbaycan millisi Sloveniyada beynəlxalq turnirə qatılacaqbackend

Azərbaycan millisi Sloveniyada beynəlxalq turnirə qatılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yelkən İdman Federasiyasından verilən məlumata görə, komandamızın səfərində məqsəd aprelin 18-22-də bu ölkədə “optimist” və “laser” sinifləri üzrə keçiriləcək “XXXII Izola Spring Cup” və “Easter Regata”sına qatılmaqdır.

Yığmamızı beynəlxalq turnirdə “optimist” sinfi üzrə yelkənçilərimiz Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Murad Hacızadə, Murad İsmayılov, Səxavət Əzimov təmsil edəcək. “Laser” sinfi üzrə mübarizədə Murad Allahverdi və İsmayıl Kərimov start xəttinə çıxacaqlar.

Qeyd edək ki, Sloveniyadakı yarışa 14 ölkədən 447 idmançı qatılacaq. Turnirdə iştirak Avropa çempionatı üçün hazırlığa hesablanıb.

İnterPress.az