Böyük Britaniya şirkəti Azərbaycanda qiymətli metalların hasilatını 11% artırıbbackend

Böyük Britaniya şirkəti Azərbaycanda qiymətli metalların hasilatını 11% artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə şirkətin I rüblə bağlı hesabatında qeyd olunub.

Hesabat dövründə qızıl hasilatı 17 245 unsiya, mis hasilatı 513 ton, gümüş hasilatı isə 51 295 unsiya təşkil edib. Qızıl hasilatında 5%, gümüş hasilatında 26%, mis hasilatında 2 dəfə artım qeydə alınıb.

Şirkət I rübdə 13 121 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 306 dollar təşkil edib. Ötən ilin I rübündə isə 14 956 unsiya külçənin hər unsiya üçün orta satış qiyməti 1 328 dollar olub.

Bildirilib ki, 2009-cu ildə hasilat başlanandan bəri 20 ton qızıl ekvivalentində hasilata bu ilin I rüb ərzində nail olunub.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, \”Anglo-Asian Mining Plc.\” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (\”Gədəbəy\” yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan \”Uğur\” yatağında da hasilatla məşğuldur.

İnterPress.az