Azərbaycan və Qazaxıstan arasında dənizaltı kabel magistralı çəkilirbackend

Azərbaycan və Qazaxıstan arasında dənizaltı kabel magistralı çəkilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirkətdən verilən məlumata görə, bu məqsədlə Azərbaycan tərəfindən \”AzerTelecom\” şirkəti və Qazaxıstan tərəfindən \”Transtelekom\” və \”KazTransCom\” şirkətləri arasında ümumi uzunluğu 380-400 km olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı Konsorsium təsis edilib, birgə işçi qrup yaradılıb, tikinti üzrə müvafiq müqavilə imzalanıb.

Layihənin icrası üçün Azərbaycan və Qazaxıstan arasında \”Azərbaycan Qazaxıstan hökumətləri arasında Azərbaycanın və Qazaxıstanın rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında\” dövlətlərarası saziş imzalanıb və müvafiq olaraq Azərbaycan dövləti tərəfindən təsdiqlənib.

İnterPress.az