Nurməhəmmədov Ronaldodan danışdı: Hər matçdan sonra yazışırıqbackend

Nurməhəmmədov Ronaldodan danışdı: Hər matçdan sonra yazışırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Matç TV” məlumat yayıb.

Nurməhəmmədov hər matçdan sonra K.Ronaldo ilə yazışdığını, ancaq təhlükəsizlik məsələlərinə görə onu Dağıstana dəvət etməyi planlaşdırmadığını söyləyib.

“Bura gəlsə, onun mühafizəsini təşkil etməli olacağam. Onun həyatına cavabdehlik daşıya biləcəyimə əmin deyiləm. Öz istəyi ilə istənilən vaxt gələ bilər. Burada onu qarşılamağa şad olaram”, – deyə Nurməhəmmədov bildirib.

Rusiyalı idmançı portuqaliyalı futbol ulduzu ilə “Instagram”da tanış olub. 2018-ci ilin fevral ayında idmançılar görüşərək, bir-birilə hədiyyə mübadilə etmişdilər: rusiyalı “Yuventus” forvardına papaq hədiyyə edib, qarşı tərəf isə ona imzalı futbolkasını təqdim edib.

İnterPress.az