Bakıda yanğın: 17 yaşlı qız tüstüdən zəhərləndi – VİDEObackend

Bakıda yanğın: 17 yaşlı qız tüstüdən zəhərləndi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, hadisə Ə.Topçubaşov küçəsi 46 ünvanında yerləşən mənzildə qeydə alınıb.

Yanğın Qəbələ rayon sakini 65 yaşlı Sevda Manzarinin yaşadığı bir otaqlı mənzildə baş verib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadası və təcili tibbi yardım əməkdaşları çağırılıb. Yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində ev sahibi ciddi yanıq xəsarətləri alıb. Qonşuluqda yaşayan 17 yaşlı qız isə tüstüdən zəhərlənib.

Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. Qızın xəsarətlərinin yüngül olduğu deyilir.

Məlumata görə, Sevda Manzari mənzildə tək yaşayır.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az