“Formula 1”in sabiq sahibi Bakıya gələcəkbackend

“Formula 1”in sabiq sahibi Bakıya gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, 89 yaşlı britaniyalı iş adamı bu barədə “Corriere della Sera”ya müsahibəsində bildirib. O, “Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran-prisini izləmək üçün Bakıya səfər edəcəyini söyləyib.

Keçmiş funksioner cari mövsümdə cəmi 2 mərhələni canlı izləməyi planlaşdırıdığını deyib: “Həftəsonu Çində baş tutacaq yarışa Londonda televiziya vasitəsi ilə baxacağam. Şanxaya getmək istəyirdim, amma fikrimi dəyişdim. Ola bilsin, Bakıya yollandım və Barselonadakı yarışı buraxmadım”.

B.Ekklstoun “Formula-1” 1974-cü ildən 2017-ci ilin əvvəlinə qədər rəhbərlik edib. O, əvvəlki illərdə də Azərbaycan Qran-prisini izləmək üçün Bakıya gəlib.

Qeyd edək ki, Azərbaycan 26 – 28 apreldə 4-cü dəfə “Formula 1” yarışına ev sahibliyi edəcək.

İnterPress.az