Qazaxıstanın mobil operatoru Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edirbackend

Qazaxıstanın mobil operatoru Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda yaşayan Azərbaycan vətəndaşı Vüsal Azayev APA-ya bildirib ki, o, sözügedən operatorun beynəlxalq danışıqlar üzrə tariflərini öyrənmək üçün www.o.kg, saytına daxil olub: “Beynəlxalq əlaqə menyusunda “Bütün dünyaya” xidməti çərçivəsində 1 dəqiqəlik danışığın qiyməti” aktiv linkə daxil oldum və orada “Beynəlxalq istiqamətlərdə) bir dəqiqlik danışığın qiyməti” cədvəli açılır. (http://www.o.kg/files/%20itogovyiy%20s%20tsenami%20(dlya%20sayta%20RUS)%20ves%20mir!.pdf ). Cədvəldə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib və oraya həyata keçirilən zəngin qiyməti yer alıb”.

Bununla bağlı Vüsal Azayev sözügedən şirkətin rəhbərliyinə məktub ünvanlayıb və bir nüsxəsini də Qırğızıstan hökuməti yanında dövlət rabitə agentliyinə və Azərbaycanın Qırğızıstandakı səfirliyinə yollayıb. Məktubda o, Azərbaycanın Ermənistanla münaqişə şəraitində olduğunu və Dağlıq Qarabağın tarixi Azərbaycan torpaqları olduğunu qeyd edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev APA-ya bildirib ki, bu məsələnin araşdırılması və lazımi tədbirlər görülməsi üçün nazirlik tərəfindən Azərbaycanın Qırğızıstandakı səfirliyinə təlimat veriləcək: “Ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə hər hansı qeyri-qanuni xarakter daşıyan bu cür təmaslar, qeyri-qanuni iqtisadi fəaliyyət daim olaraq Xarici İşlər Nazirliyinin və diplomatik nümayəndəliklərin gündəliyindədir. Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən və qeyri-qanuni şəkildə Azərbaycan Respublikasının telekommunikasiya məkanına müdaxilə edən “Qarabağ Telekom” şirkətinin bu kimi “rominq sazişləri” XİN və diplomatik nümayəndəliklərimizin səyləri nəticəsində dünyanın bir sıra ölkələrində dayandırılıb”.

H. Hacıyev qeyd edib ki, bu hal da araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

İnterpress.az