Sabirabad sakini toydan çıxdıqdan sonra itkin düşüb – YENİLƏNİBbackend

Sabirabad sakini toydan çıxdıqdan sonra itkin düşüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad rayonunda 32 yaşlı kişi toy mərasiminən çıxdıqdan sonra itkin düşüb.

İnterPress.az xəbər verir ki, rayonun Qalağayın kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Sarvan Zabit oğlu ötən gün axşam saatlarında toy mərasimindən çıxaraq evə qayıtmayıb.

Bu barədə onun yaxınları hüquq-mühafizə orqanlarına məlumat veriblər. Onun \”Sabir\” su kanalına düşərək boğulduğu ehtimal edildiyindən kanalın suyu azaldılıb və xilasedicilər tərəfindən axtarışlara başlanılıb.

***

İnterPress.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qalağayın kəndi ərazisində baş verib.

İlkin məlumata görə, həmin kəndin ərazisindən keçən \”Sabir\” kanalına bir nəfər kişi özünü atıb və boğulub. Hadisə yerinə xilasedicilər cəlb olunublar. Özünü kanala atanın şəxsiyyəti hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.(report)

İnterPress.az