Tbilisidə taksi sürücüləri kütləvi aksiya keçirirlərbackend

Tbilisidə taksi sürücüləri kütləvi aksiya keçirirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, aksiya iştirakçıları David Aqmaşenebeli prospektindən hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına qədər yürüş etməyi planlaşdırırlar.

Leyboristlər Partiyasının təşkil etdiyi aksiyanın əsas tələbi taksi fəaliyyəti ilə bağlı tətbiq olunacaq yeni tənzimləmələrin təxirə salınması və ya ləğv olunmasıdır.

Aksiya keçirilən əraziyə Tbilisi meriyasının Nəqliyyat Xidmətinin rəhbəri Mamuka Mumladze gəlib. Lakin onun aksiya iştirakçıları ilə danışıqlar aparmasına icazə verilməyib.

M.Mumladzenin sözlərinə görə, müxtəlif qüvvələr məqsədli şəkildə taksi fəaliyyəti üçün nəzərdə tutulan yeni qaydalarla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar: “Tbilisidə qeydiyyatı olmayan sürücələrin paytaxtda taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəyi və sağ sükanlı taksilərin ləğv olunacağı ilə bağlı yayılan məlumatlar doğru deyil”.

Qeyd edək ki, bu il oktyabrın 1-dən etibarən qüvvəyə minəcək yeni qaydalara əsasən, birinci mərhələdə taksi sürücüləri məcburi qaydada lisenziya almalı olacaqlar. Bir ildən sonra isə bütün taksi maşınlarının ağ rəngdə olması tələb olunacaq.

Qeyri-rəsmi məlumatlara əsasən, Tbilisidə 40 minə yaxın taksi fəaliyyət göstərir.(report)

İnterPress.az