Xırdalanda iki polisi bıçaqladılarbackend

Xırdalanda iki polisi bıçaqladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Abşeron rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata görə, çevik polis alayı əməkdaşı Rəşad Alışev və daxili qoşunların əməkdaşı Orxan Nağıyev kafenin işçiləri ilə müştərilər arasında düşən dava zamanı zərər çəkib.

Nəticədə asayiş keşikçiləri və Orxan Nağıyevin qardaşı Rauf Nağıyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin vəziyyətinin normal olduğu bildirilir.

Məlum olub ki, polis əməkdaşları münaqişə düşən zaman iş başında olmayıb. Onlar kafeyə istirahət məqsədilə gedib. Bu zaman gənclər və iaşə obyekti işçiləri arasında düşən davaya müdaxilə ediblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

İnterPress.az