Fərid Cəfərov: “237 gəncin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib”backend

Fərid Cəfərov: “237 gəncin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deyib.
F.Cəfərov bildirib ki, Fond 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsi ilə təsis edilib, gənclərin ideyalarının, sosial, elmi və digər sahələrdə layihələrinin maliyyələşdirilməsini həyata keçirir.

İcraçı direktor vurğulayıb ki, 2018-ci ildə Fondun fəaliyyət sahəsi bir qədər genişləndirilib. \”2018-ci ildə Fond gənclərin təhsil haqqının ödənilməsi ilə bağlı da müsabiqə keçirib. Qiymətləndirmə əsasında 237 gəncin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib”.

Onun sözlərinə görə, Fonda 724 müraciət daxil olub və bu günə qədər də davam edir.

F.Cəfərov əlavə edib ki, bu ilin iyun-avqust ayları ərzində yenidən müsabiqə elan ediləcək və bu il daha çox gəncin təhsil haqqı borcunun ödənilməsi nəzərdə tutulur.(7NEWS.az)

İnterPress.az