Ermənistanda 18 hərbçi yol qəzasına düşübbackend

Ermənistanda 18 hərbçi yol qəzasına düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az \”RİA Novosti\”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, hadisə dünən Yerevandan 370 kilometr cənubda, Sünik vilayətində, Meqi-Çirani avtomobil yolunda baş verib.

\”Hərbi hissələrdən birinə məxsus \”ZİL-131\” avtomobili yoldan çıxaraq qaya ilə toqquşub və aşıb. Xilasedicilərin gəlişinə qədər 18 hərbi qulluqçu \”Meqri\” tibb mərkəzinə yerləşdirilib\”, – deyə nazirliyin saytında yerləşdirilmiş xəbərdə bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, zərərçəkənlərin həyatı üçün heç bir təhlükə yoxdur. Həkimlər hərbçilərdən birinin vəziyyətini orta ağır kimi qiymətləndirir.

İnterPress.az