Lənkəranda iki yük avtomobilli toqquşub, xəsarət alan varbackend

Lənkəranda iki yük avtomobilli toqquşub, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, hadisə Ələt-Astara magistralının Bürcəli kəndindən keçən hissəsində baş verib.

Belə ki, əsas yola çıxan \”KamAZ\” markalı yük avtomobili \”ZİL\” markalı avtomobillə toqquşub. Nəticədə \”ZİL\” yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı \”ZİL\”in sürücüsü, Parakənd kənd sakini Elxan Qasım oğlu Həsənov ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan sürücü Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)

İnterPress.az