Polşanın NATO və Aİ-yə üzv olmasının ildönümü ilə bağlı parad keçiriləcəkbackend

Polşanın NATO və Aİ-yə üzv olmasının ildönümü ilə bağlı parad keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “TASS”a istinadən xəbər verir ki, parad mayın 3-də Polşanın paytaxtı Varşavada təşkil olunacaq.

Müdafiə Nazirliyinin məlumatına görə, paradda ordunun və digər müttəfiq ölkələrin 2 minə yaxın hərbi qulluqçusu iştirak edəcək. Əsgərlərlə yanaşı həmçinin polis, penitensiar, sərhəd və yanğın xidmətlərinin əməkdaşları parada qatılacaqlar. Tədbir zamanı 80 təyyarə və helikopter havaya qalxacaq.
Qeyd edək ki, Polşa 1999-cu il martın 12-də Çexiya və Macarıstanla birgə NATO-ya üzv olub, 2004-cü il mayın 1-də isə Avropa İttifaqına qoşulub

İnterPress.az