“Spartak” klubu ABŞ vətəndaşının burnunu qıran azərbaycanlı futbolçunu ciddi cəzalandırıbbackend

“Spartak” klubu ABŞ vətəndaşının burnunu qıran azərbaycanlı futbolçunu ciddi cəzalandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın Moskva təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb kimi 23 yaşlı yarımmüdafiəçinin komandanın məşqinə gələrkən piyada ilə münaqişəyə girməsi və ona kobud fiziki güc tətbiq etməsi göstərilib. Həmin piyada ABŞ vətəndaşı olub. Tərəflər sonradan münaqişəni yoluna qoyublar və zərərçəkən futbolçuya qarşı heç bir iradının olmadığını bildirib. Lakin baş verənləri öyrənən \”Spartak\” rəhbərliyi Quliyevi ciddi cəzalandırmağı qərara alıb. Klub istənilən zorakılıq hallarını pisləyərək, oyunçusunun belə davranışını yolverilməz sayıb.

Öz növbəsində Quliyev özünü aqressiv apardığını bildirib: \”Günahımı etiraf edirəm. Zərərçəkəndən bir daha üzr istəyirəm. Həmçinin məni tam fərqli prinsiplərlə tərbiyələndirən doğma klubuma üzrxahlıq edirəm. Komandamızın azarkeşləri qarşısında isə çox xəcalət çəkirəm. Bu hadisə mənim üçün ömürlük dərs olacaq\”.

İnterPress.az