Təhsil naziri şagirdin intiharı ilə bağlı mətbuat konfransı keçirirbackend

Təhsil naziri şagirdin intiharı ilə bağlı mətbuat konfransı keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, tədbirdə hadisə ilə əlaqədar aparılan xidməti araşdırmanın nəticələrinin açıqlanacağı gözlənilir.

Nazir məsələ ilə bağlı görülən işləri, qəbul edilən qərarları ictimaiyyətin diqqətinə çatdıracaq, sualları cavablandıracaq.

Qeyd edək ki, aprelin 4-də Bakının 162 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi E.Hacıyeva özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsinin pəncərəsindən ataraq intihar edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı açılan cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranan zərurət nəzərə alınaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

İnterPress.az