Bakıda zəncirvari qəza – VİDEObackend

Bakıda zəncirvari qəza – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, hadisə Şərifzadə və Ə.Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.

Ə.Əhmədov küçəsində yüksək sürətlə hərəkətdə olan “Hyundai Tucson” markalı avtomobil işıqforun qırmızı işığında yol ayrıcına daxil olub.

O, əvvəlcə “Range Rover”, daha sonra digər “Hyundai” markalı avtomobillə toqquşub. Nəqliyyat vasitəsi yol kənarındakı nişana dəydikdən sonra dayanıb.

Hadisə zamanı “Hyundai Tucson” markalı avtomobildə olan sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az