ABŞ dövlət katibi Çin və Rusiyanı Venesuelada vəziyyəti gərginləşdirməkdə ittiham edibbackend

ABŞ dövlət katibi Çin və Rusiyanı Venesuelada vəziyyəti gərginləşdirməkdə ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə dövlət katibi Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Çili prezidenti Sebastyan Pinyero ilə görüş zamanı bildirib.

Onun sözlərinə görə, Çinin prezident Nikolas Maduronun hökumətini maliyyələşdirməsi Venesueladakı böhranın uzanmasına səbəb olur. O bildirib ki, Çin Venesuelaya 60 milyard dollardan çox sərmayə qoyub: “Çin və digərləri Venesuelanın daxili işlərinə qarışmamağa səsləyir, amma onların maliyyə müdaxiləsi bu ölkənin dağıdılmasına yardımçı olub”.

Dövlət katibi həmçinin Rusiyanın Kuba, Nikaraqua və Venesuela liderləri ilə münasibətlərini tənqid edib. “Venesuelada hərbçilərin yerləşdirilməsi və təhsil mərkəzinin açılması açıq-aşkar təxribatdır. Biz Rusiyaya ölkədə mövcud olan onsuz da təhlükəli vəziyyəti gərginləşdirməyə icazə verməməliyik”, – deyə M.Pompeo qeyd edib.

İnterPress.az