Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıbbackend

Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayon Polis idarəsinin 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Qasımova 2-ci Alatava yaşayış sahəsindəki evindən 700 manat pulunun və 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Quluzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 7-nə keçən gecə 2-ci Alatava yaşayış sahəsindəki digər bir evdən mobil telefon oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az