İranın kəşfiyyat naziri: ABŞ-ın uğursuz sanksiyaları onun müttəfiqlərini Tehranla danışıqlara sövq edibbackend

İranın kəşfiyyat naziri: ABŞ-ın uğursuz sanksiyaları onun müttəfiqlərini Tehranla danışıqlara sövq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın kəşfiyyat naziri Mahmud Ələvi bildirib.

O, ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat elan etməsini “ağılsız addım\” adlandıraraq vurğulayıb ki, ABŞ-ın SEPAH-a qarşı tədbirləri İran Silahlı Qüvvələrinin birliyini daha da möhkəmləndirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp SEPAH-ı xarici terror təşkilatı kimi tanıyıb. Buna cavab olaraq İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası ABŞ-ı terrorçuluğun sponsoru, ABŞ Silahlı Qüvvələrini isə terrorçu elan edib.

İnterPress.az