Amerikalı hərbçi qadını qətlə yetirdikdən sonra intihar edibbackend

Amerikalı hərbçi qadını qətlə yetirdikdən sonra intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az \”Kyоdo\” agentliyinə istinadən xəbər verir ki, hadisə Okinava (Yaponiya) prefekturasında qeydə alınıb.

Aprelin 13-də səhər saatlarında yerli xilasetmə xidmətinə yaşayış evində iki meyitin aşkarlanması barədə məlumat daxil olub. Şahidlərin sözlərinə görə, hadisə yerinə təcili tibbi yardım maşını ilə yanaşı, ABŞ-ın iki hərbi avtomobili gəlib.

Hərbçinin ABŞ-ın dəniz piyada qoşununda xidmət etdiyi bildirilir.

Hazırda polis hadisənin səbəblərini araşdırır.

İnterPress.az