Yəmən parlamenti dörd ildə ilk dəfə iclas keçiribbackend

Yəmən parlamenti dörd ildə ilk dəfə iclas keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Al Arabiya”ya istinadən xəbər verir ki, iclas ölkənin cənubunda yerləşən Səyun şəhərində baş tutub.

Məlumata görə, 301 üzvü olan Yəmən parlamentinin iclasında 141 deputat iştirak edib. İclasda parlamentin yeni spikeri seçilən Sultan əl-Buraki vurğulayıb ki, iclas Yəmən Konstitusiyasına tam uyğun keçirilir.

Bildirilir ki, parlamentin iclasında çıxış edən Yəmənin prezidenti Əbd Rabbo Mənsur Hadi beynəlxalq ictimaiyyəti üsyançı qrup olan hutilərə təzyiq göstərməyə çağırıb. Onun sözlərinə görə, hutilər Yəməndəki siyasi böhranın sülh yolu ilə həllinə mane olur.

İnterPress.az