Ancelina Coli və Bred Pitt rəsmən boşanıblarbackend

Ancelina Coli və Bred Pitt rəsmən boşanıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə \”The Blast\” portalı məlumat yayıb. Məhkəmə onların “subaylıq” statuslarının bərpa edilməsi ilə bağlı müraciətlərini aprelin 12-də təsdiqləyib.

Bu qərar keçmiş həyat yoldaşlarına uşaqların qəyyumluğu və mülkiyyətin bölünməsi ilə bağlı razılığa gəlməkdə də imkan yaradacaq.

A.Coli ilə B.Pittin boşanma prosesi üç il çəkib.

Hollivud aktyorları 2014-cü ildə ailə qurublar. Nikah mərasimi Fransadakı qəsrlərində keçib. Birlikdə yaşadıqları dövrdə cütlüyün üç biloloji uşağı olub, üç uşağı isə övladlığa götürüblər.

İnterPress.az