Bərdədə əkin sahəsindən silah-sursat aşkar edilibbackend

Bərdədə əkin sahəsindən silah-sursat aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Yeni Xocavənd qəsəbəsi ərazisindəki əkin sahəsindən 1 ədəd “ST. Etienne” markalı tüfəng, 3 ədəd “İJ” markalı tüfəng, 2 ədəd alışqansız “F-1” markalı əl qumbarası, 30-dan çox müxtəlif patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az