Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



İlham Əliyev: Maaş və pensiyalar bundan sonra da qaldırılacaq

Azərbaycanda problemi kreditlər məsələsi elə səviyyədə həll olundu ki, bunun dünyada bənzəri yoxdur. Bir çox ölkələrdə bu problem mövcuddur.

Dərc edilib: 18 aprel 2019 [15:29]
Baxış sayı: 11816

Bu fikirləri prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında sakinlərlə görüşündə deyib.

O bildirib ki, Azərbaycanda maaş və pensiyalar bundan sonra da qaldırılacaq:

“Ancaq biz çox ciddi qərar qəbul etdik. Vətəndaşların maraqlarını maksimum nəzərə alan qərar oldu. Yüz minlərlə insan bu fərmandan faydalanacaq. Minimum əməkhaqqı və pensiyanın təxminən 40 faiz qaldırılması da önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz. Çünki bizdə maaş və pensiyalar bundan sonra da qaldırılacaq.

Müvafiq göstərişlər verildi. İndi hökumətdə işlər aparılır. Bizim indi maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirdi. Bu ilin əvvəlindən kifayət qədər böyük məbləğ büdcəyə daxil olub və mənim göstərişimlə əlavə yığılan büdcə gəlirləri ilk növbədə vətəndaşların sosial müdafiəsinə, o cümlədən, maaşlar və pensiyaların qaldırılmasına istiqamətləndirilməlidir.

Bu qərarın mart ayında qəbul olunmasına baxmayaraq, aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi. Sosial müavinətlər orta hesabla iki dəfə artırıldı. Bu proqram 600 minə yaxın insanı əhatə edib. Bu istiqamətdə işlər davam etdiriləcək”, - prezident əlavə edib.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 163