Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Şotlandiya yığmasının baş məşqçisi istefa verib

Şotlandiya milli komandasının baş məşqçisi Aleks Makliş istefa verib.

Dərc edilib: 18 aprel 2019 [16:07]
Baxış sayı: 8378

İnterPress.az-ın məlumatına görə, Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytı 60 yaşlı mütəxəssisin postundan ayrılmağa qərar verdiyini açıqlayıb.

2018-ci ilin fevralından yığmanın “sükanı arxası”na keçən A.Maklişin vəzifəsində 14 ay çalışıb. Onun yetirmələri bu müddətə təsadüf edən 12 qarşılaşmada 5 qələbə qazanıb və 7 dəfə uduzub.

AVRO-2020-nin seçmə mərhələsinin İ qrupunda çıxış edən Şotlandiya iki oyundan sonra üç xal toplayıb.

A.Makliş millidəki fəaliyyətindən razı qaldığını açıqlayıb: “Ölkəmin millisini çalışdırmaq imkanı verildiyi üçün təşəkkür edirəm. İkinci dəfə yığmadan ayrılıram və başa düşürəm ki, uğura nail olmaq üçün hər şey etmişəm. Fəxr edirəm ki, Millətlər Liqasında yuxarı səviyyəyə qalxmaqla pley-offa vəsiqə qazanmışıq. Bu da son 20 ildə ilk dəfə böyük turnirin final mərhələsinə yüksəlməyimiz üçün real şansdır”.

Qeyd edək ki, Millətlər Liqasının C divizionunda qrup qalibi olan britaniyalılar B divizionunda və AVRO-2020-nin pley-offunda oynamaq hüququ qazanıblar. Seçmə mərhələyə Qazaxıstana 0:3 hesablı məğlubiyyətlə başlayan A.Maklişin komandası ardınca San-Marinoya qalib gəlib – 2:0.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 121