Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Rusiya Ukraynanı neftsiz qoydu

Rusiya baş naziri Dmitri Medvedev Ukraynaya neft ixracının qadağan edilməsi barədə sərəncam imzalayıb.

Dərc edilib: 18 aprel 2019 [16:19]
Baxış sayı: 9835

Bu barədə TASS Rusiya Nazirlər Kabineti başçısının bəyanatına istinadən məlumat yayıb.

Neft embarqosu ilə yanaşı, bir sıra başqa mallara da qadağa qoyulub.

“Rusiya neftinin və neft məhsullarının Ukraynaya ixracına qadağa tətbiq olunur. Biz öz maraqlarımızı qorumağa və cavab ölçüləri qəbul etməyə məcburuq”, - deyə Medvedev bunun rəsmi Kiyevin bu yaxınlarda qəbul etdiyi məhdudiyyətlərə cavab olduğunu vurğulayıb.

Qadağa maşınqayırma, yüngül sənaye, metal emalı məhsullarına və ümumi məbləği 250 milyon dollardan çox olan digər mallara tətbiq olunacaq.

Neft və neft məhsullarına tətbiq olunan qadağanın iyunun 1-də qüvvəyə minəcəyi bildirilir.

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 147