Əli Hüseynli: İşğal olunmuş ərazilərimizdə terrorçu qruplaşmalar yaradılırbackend

Əli Hüseynli: İşğal olunmuş ərazilərimizdə terrorçu qruplaşmalar yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bunu bu gün Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının “Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirdiyi konfransda Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri vurğulayıb ki, suveren dövlətlərin ərazilərində müxtəlif şüarlar altında yaradılan “boz ərazilər”də qanunazidd fəaliyyətlər aparılır, terrorçular hazırlanır, qanunsuz silah alveri həyata keçirilir:

“Azərbaycanın Dağlıq Qarabağ ərazisində terrorçu qruplar hazırlanır və onlardan Azərbaycana qarşı istifadə olunur”.

Ə.Hüseynli qeyd edib ki, xarici təhdidlərə baxmayaraq, Azərbaycanda təhlükəsizlik təmin edilir:

“Respublikamız təhlükəsizlik və sabitlik göstəricinə görə regionun lider ölkəsidir”

İnterPress.az