Moldovada altı azərbaycanlı saxlanıldıbackend

Moldovada altı azərbaycanlı saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Point.md portalının məlumatına görə, 24-45 yaşlarında olan azərbaycanlılar Kişinyovdakı tikililərdən birində icazə olmadan işlədikləri üçün miqrasiya bürosu tərəfindən saxlanılıb.

Məlumata görə, onlar 18 min ley (4254 ABŞ dolları – red.) məbləğində cərimələnib. Bundan başqa, həmin şəxslərə beş gün müddətində Moldovanı tərk etmək tapşırılıb və onların üç il ərzində bu ölkəyə girişi qadağan olunub.

Onların işlədiyi tikinti şirkəti 45 min ley (10636 ABŞ dolları – red.) məbləğində cərimə ödəməli olacaq.

İnterPress.az