Hacıqabulda avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulubbackend

Hacıqabulda avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər ki, tədbir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin iştirakı ilə baş tutub.

Qeyd edək ki, dəyəri 10 milyon avro olan bu layihədə \”Azərmaş\” ASC 25%, \”Kartal Az\” MMC isə 75% oaya malikdir. Vəsaitin 6 milyon avrosu ilkin mərhələdə, 4 milyon avrosu isə ikinci mərhələdə ayrılacaq.

Zavodun istehsal gücü ilkin mərhələrdə ildə 500 ədəd avtobus və yük avtomobili olacaq. Bu rəqəm tədricən 1000-ə çatdırılacaq.

5 hektar ərazini əhatə edəcək sənayə müəssisəsində ilkin mərhələdə 100 nəfər çalışacaq. Tədricən işçilərin sayı 200-yə çatdırılacaq.

Lazım olan texnoloji avadanlıq İeveç, Türkiyə və Almaniyadan gətiriləcək. Burada istehsal olunacaq bir avtobusun dəyəri 135-200 min avro, bir yük avtomobilinin dəyəri isə 70-90 min avro təşkil edəcək. Zavodun məhsulları əsasən MDB, o cümlədən Orta Asiya ölkələrinə, İran və Pakistana ixrac ediləcək.

Hazırda Hacıqabul Sənaye Məhəlləsində İran və Azərbaycan nümayəndələri arasında ikitərəfli görüşlər keçirilir.

İnterPress.az