Namiq Qaraçuxurlu əməliyyat olunacaq, əsa ilə gəzəcək – VİDEObackend

Namiq Qaraçuxurlu əməliyyat olunacaq, əsa ilə gəzəcək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Oxu.Az-a meyxanaçı özü məlumat verib.

Bildirib ki, o, 20 gün sonra bıçaq altına uzanacaq:

“Paytaxt xəstəxanalarının birində ayağımdan əməliyyat olunacağam. Dəmirlər var ayağımda, həkimlər öncədən mənə demişdilər ki, cərrahi yolla millər yenidən ayağımdan çıxarılacaq”.

Qaraçuxurlu qeyd edib ki, əməliyyata görə çəki atıb:

“Bir xeyli arıqlamışam. Arıqlıq mənə sərf edir. Çünki əməliyyata hazırlaşıram. Cərrahi müdaxilədən sonra əsa ilə gəzəcəyəm. Əsanı atandan sonra çəkim yüngül olmalıdır ki, ayağıma ağırlıq verməsin”.

Qeyd edək ki, Namiq 2 il bundan öncə yıxılaraq ayağını sındırıb. Ayağı üç yerdən qırılan sənətçi uzun müddət xəstəxanada yataraq müalicə alıb.

İnterPress.az