“Facebook”dan SOS: “Instagram”da milyonlarla açıq şifrə varbackend

“Facebook”dan SOS: “Instagram”da milyonlarla açıq şifrə var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “RİA Novosti” korporasiyaya istinadən məlumat yayıb.

“Biz “Instagram” istifadəçilərinin oxuna bilən formatda olan əlavə şifrələr loqunu aşkarlamışıq. Bizim hesablamalara görə, bu, milyonlarla “Instagram” istifadəçisinə aiddir”, – deyə məlumatda qeyd olunur.

“Facebook” şifrələri həssas olan belə istifadəçilərə bildiriş göndərməyə söz verib.

Araşdırma nəticəsində şirkət əməkdaşlarının bu şifrələrdən istifadə etmədiyi müəyyənləşib.

Qeyd edək ki, “Facebook” korporasiyası 2012-ci ilin aprel ayında “Instagram” sosial şəbəkəsini satın alıb.

İnterPress.az