FHN “Torqovı”dakı restoranda yanğınla bağlı məlumat yayıb -YENİLƏNİBbackend

FHN “Torqovı”dakı restoranda yanğınla bağlı məlumat yayıb -YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, üçmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 100 m² olan restoranda 1 ədəd səsgücləndirici cihaz və stul yanıb. Restoran və bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakıda restoranda yanğın olub.

İnterPress.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsində yerləşən “Al Furat” restoranında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

İnterPress.az