DİN-dən Sumqayıt partlayışı ilə bağlı açıqlamabackend

DİN-dən Sumqayıt partlayışı ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az nazirliyin saytına istinadən verdiyi xəbərə görə, yanvarın 16-da saat 18.00 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində yerləşən avtomobillərin təmiri sexinin yaxınlığından keçən qaz borusunda təbii qazın sızması nəticəsində partlayış baş verib.

Nəticədə sexin dam örtüyü uçub, orada olan 3 avtomobilə qismən ziyan dəyib, yanıq xəsarətləri almış şəhər sakinləri Emin İmanquliyev və Azər Məmmədov xəstəxanaya yerləşdiriliblər.

İnterpress.az