Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslər yerinə yetiriləcəkbackend

Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslər yerinə yetiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Azərbaycan Hava Yolları” QSC və “PASHA Travel”ın mətbuat xidmətləri məlumat yayıb.

Bu böyük tədbirin ilk nəticəsi kimi AZAL 2019-cu il yay uçuş cədvəli çərçivəsində Səudiyyə Ərəbistanına bir sıra çarter layihələri üzrə ölkəmizin aparıcı turoperatoru “PASHA Travel” ilə tərəfdaşlığını elan etməyə şaddır.

“PASHA Travel” təqdimatda bəyan edilən altı istiqamətdən üçünə 2019-cu ildə çarter reysləri yerinə yetirəcək:

•Bakı -Dammam- Bakı – cümə günləri (iyunun 7-dən etibarən);
•Bakı- Ər-Riyad- Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən);
•Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən);

Xatırladaq ki, AZAL həmçinin Səudiyyə Ərəbistanının aşağıdakı şəhərlərinə
birbaşa aviareyslər yerinə yetirəcək.

•Bakı-Ciddə-Bakı – bazar ertəsi günləri (aprelin 8-dən etibarən);
•Bakı-Mədinə-Bakı – çərşənbə günləri (iyunun 5-dən etibarən);
•Bakı-Burayda (Əl-Qassim)-Bakı – (cədvəl dəqiqləşdirilir)

Qeyd edək ki, AZAL və “PASHA Travel”ı 2017-ci ildən bəri uzunmüddətli uğurlu əməkdaşlıq bağlayır. Səudiyyə Ərəbistanına yeni reyslərlə yanaşı, cari ildə birgə birbaşa çarter reysləri həmçinin iyunun 20-dən sentyabrın 12-dək Tivata (Monteneqro) yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın (23 kq-dək) pulsuz daşınması və isti yeməklər və soyuq qəlyanaltıların tam çeşidi daxildir.

İnterPress.az