Qazaxıstanda avtobus qəzaya uğrayıb, 11 nəfər ölübbackend

Qazaxıstanda avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az RİA \”Novosti\”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

\”Aprelin 20-də səhər saat 5 radələrində Jambıl vilayətinin Korday rayonunda – Almatı-Daşkənd avtomobil yolunun 181-ci kilometrliyində \”Toyota Camry\” markalı avtomobilin yol qırağında park edilmiş yük maşını ilə toqquşması baş verib. Yolda hərəkət edən sərnişin avtobusu da yuxarıda göstərilən avtomobillərlə toqquşmadan qaçmağa çalışarkən aşıb\”, – qurumun mətbuat xidmətinin məlumatında deyilir.

DİN-in məlumatına görə, qəza nəticəsində 8 nəfər hadisə yerində ölüb, 32 nəfər tibb məntəqələrinə aparılıb, amma sonradan daha 3 nəfər aldığı xəsarətlərdən keçinib.

İnterPress.az