“Əli və Nino” filmi İndoneziyanın üç böyük şəhərində nümayiş olunacaqbackend

“Əli və Nino” filmi İndoneziyanın üç böyük şəhərində nümayiş olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, cari ildə 18-30 aprel tarixlərində keçirilən 19-cu “Europe on Screen” Film Festivalı ərzində Avropanın 27 ölkəsinin 100-dən çox tam və qısa metrajlı filmləri İndoneziyanın 8 böyük şəhərində nümayiş olunacaq. Festival zamanı “Əli və Nino” filmi İndoneziyanın Cakarta şəhərində 2 dəfə olmaqla, eləcə də Medan və Surabaya şəhərlərində ümumilikdə 4 dəfə nümayiş olunacaq.

Filmin paytaxt Cakartadakı premyerası zamanı nümayişdən əvvəl çıxış edən Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov filmin Qurban Səidin 33 dilə tərcümə edilmiş eyni adlı romanı əsasında çəkildiyini və ilk dəfə 1937-ci ildə işıq üzü gördüyünü bildirib. O qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu film Əli və Nino arasındakı ülvi məhəbbətlə yanaşı, Azərbaycanda bir əsr əvvəl baş vermiş tarixi hadisələrdən, xüsusilə xalqımızın müstəqillik mübarizəsindən bəhs edir.

Film kinosevərlər tərəfindən maraqla qarşılanıb.

İnterPress.az