Ağcabədidə içməli su tapılmır – VİDEObackend

Ağcabədidə içməli su tapılmır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, rayonun Hindarx qəsəbəsində sakinlərin içməli su tələbatını ödəmək üçün yeni subartezian quyusu qazılsa da, bu günədək istifadəyə verilməyib.

Bu səbəbdən 150-dən artıq ailə içməli su cəhətdən çətinlik çəkir.

Sakinlərin içməli su tapa bilməməsinə səbəb quyuda işlərin yarımçıq qalmasıdır.

Onlar içməli suyu başqa ərazilərdən avtomobillə daşımalı olurlar. Dəfələrlə aidiyyəti qurumlara məlumat versələr də, problem həllini tapmayıb.

Məsələni araşdırmaq üçün qəsəbəyə gələn rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov bu barədə Azərsu ASC-nin rəhbərliyinə müraciət edildiyini bildirib.

İnterPress.az