Gürcüstanın Pankisi dərəsində toqquşmalar zamanı onlarla insan xəsarət alıb – YENİLƏNİBbackend

Gürcüstanın Pankisi dərəsində toqquşmalar zamanı onlarla insan xəsarət alıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə ölkənin \”Birinci kanal\”ı məlumat yayıb.

Məlumata görə, toqquşmalardan sonra 40-dan çox insana tibbi yardım göstərilib. Onlar arasında yerli sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları da var. Yaralılardan 30-u Telavsk klinikasına yerləşdirilib. Onlardan 27-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Xəsarət alanlar arasında 1 jurnalist və 2 aksiya iştirakçısı da var.

Klinikanın direktoru Xatun Çoniaşvili bildirib ki, yaralıların vəziyyəti sabitdir.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb.

***18:43

Gürcüstanın Pankisi dərəsində toqquşmalar zamanı onlarla insan xəsarət alıb.

İnterPress.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dаxili İşlər Nazirliyinin Kriminal Polisinin Mərkəzi Departamentinin direktor müavini Mamuka Çelidze bildirib.

\”Hazırda olan məlumata görə, 27 nəfər tibbi yardım alıb. Onlardan 12-i yerli sakinlər, 15-i polis əməkdaşlarıdır. Daxili İşlər Nazirliyinin 8 əməkdaşı klinikalara aparılıb.

Qeyd edək ki, yerli sakinlər Pankisi dərəsində yeni \”Hadori-3\” hidroelektrik stansiyasının inşasına qarşı çıxırlar. Onlar tikintinin dayandırılmasını tələb edirlər.

İnterPress.az