Ukraynada vəziyyət yenidən gərginləşibbackend

Ukraynada vəziyyət yenidən gərginləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyayönümlü qüvvələrin nəzarətində olan Donetsk şəhərində aeroporta nəzarət uğrunda hökümət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında qızğın döyüşlər gedir. Döyüşçülər ukraynalı hərbçiləri Donetsk hava limanından sıxışdırmaq üçün səylərini artırıb. Separatçılar iddia edir ki, artıq aeroportun mülki uçuşlara aid terminalına demək olar ki, tam nəzarət edir.

Şəhərdə tərəflər arasında gedən toqquşmalar yaşayış sahələrindən də yan keçmir. Dünən artileriya zərbəsinin şəhərdəki anbara tuş gəlməsi nəticəsində azı 4 nəfər həlak olub. Aprel ayından bəri Ukraynanın şərqində gedən döyüşlər 4700-dən çox insanın həyatına son qoyub (ans).

İnterpress.az